Macarıstanda təqaüdlə təhsil al
Möhtəşəm tarixi və mədəni keçmişi olan və Avropanın mərkəzində yerləşən Macarıstan həm də təhsil macəranız üçün əla seçimdir.
Burada siz dünyanın ən yüksək reytinqli və tanınmış beynəlxalq kollec və məktəblərini tapa bilərsiniz. Dünyanın ən yüksək səviyyəli məktəblərindən bəziləri Macarıstandadır və onlar tədris, tədqiqat və akademik mükəmməlliyə görə böyük nüfuza malikdirlər.
Əgər siz də öz Bakalavr və ya Magistr təhsilinizi bu ölkədə davam etdirmək istəyirsinizsə, bu blog tam da sizin üçündür. Aşağıda Macarıstanda təqaüdlü təhsillə bağlı əsas suallara cavablar sizləri gözləyir.
Niyə Macarıstanda təhsil almalıyam?
- Universitetlərin təhsil sistemi “Boloniya” sistemi əsasında həyata keçirilir və bununla da təqdim edilən diplom digər ölkələr tərəfindən tanınır.
- Macarıstanda yaşam xərcləri digər Avropa ölkələrinə nisbətdə daha münasibdir.
- İş imkanları. Macarıstanda bir çox nəhəng şirkətlərin filialları, bəzilərinin isə hətta baş ofisləri yerləşdiyi üçün burada beynəlxalaq tələblər üçün elan olunan vakansiyalar və iş imkanları olduqca çoxdur. Misal olaraq, “Microsoft”, “Google” kimi şirkətlərin filialları bu ölkədə yerləşir.
- Viza alınması prosesinində asanlıq.
Macarıstanda hansı universitetlərdə təhsil almaq tövisyə olunandır?
- Szeged Universiteti
- Debrecen Universiteti
- ELTE Universiteti
- Eötvös Lorand Universiteti
- CEU Universiteti
- Corvinus Universiteti
- Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
Bəs necə təqaüdlə Magistr təhsili almaq olar?
Macarıstan universitetləri üçün ən çox müraciət olunan təqaüd proqramları “Visegrad” və “Stipendium Hungaricum”-dur.
Stipendium Hungaricum dövlətlərarası müqavilə əsasında həyata keçirilən təqaüd proqramıdır. Bakalavr, Magistr və Doktorantura təhsil pillələrinin hər üçünə aiddir. Bu proqrama müraciət Təhsil Nazirliyinin xətti ilə aparılır. Stipendium Hungaricum illik təhsil haqqı, yataqxana xərcləri, tibbi müayinə və sığorta xərclərini qarşılayır. Bu təqaüd Təhsil Nazirliyinin prioritet hesab etdiyi ixtisaslar üzrə verilir və bu ixtisasların siyahısı hər il Nazirlik tərəfindən elan olunur.
Visegrad təqaüdü. Bu təqaüd proqramı sadəcə Macarıstan deyil, həmçinin Polşa, Çexiya və Slovakia universitetlərində təhsil üçün də nəzərdə tutulur. Təqaüd Universitet üzrə təhsil haqqını bir semestr üçün 1500 avro məbləğində qarşılayır. Buna görə də, əgər universitet təhsil haqqından tam azad olunmaq istəyirsinizsə, universitet və ixtisas seçimi edərkən təhsil haqqının bir semestr üzrə bu məbləğdən yuxarı olmamasını nəzərə almağınız məqsədə uyğun olar. Bundan əlavə olaraq hər semestr üçün tələbələrə 2500 avro məbləğində təqaüd verilir.
Əlavə suallarınızı bizə ünvanlaya bilərsiniz.
Təhsil həyatınızda uğurlar arzu edirik!