Keçmiş davamedici zaman. (past continuous tense)
- Posted by enverson
- Date 16 January 2023
A2
Keçmiş davam edici zaman
Bu gün keçmiş davam edici zamanı mənimsəyəcəyik. Bu həssas
nöqtədir. Bunu struktur olaraq öyrənib keçmək lazım deyil. Dərindən
başa düşmək və mənimsəmək lazımdır.
Əvvəlcə gəlin keçmiş sadə zamanı xatırlayaq.
Məsələn:
Mən kinoya baxdım – I watched a movie.
Bir də keçmiş davam edici zamana baxaq.
Məsələn:
Dünən saat 3də filmə baxırdım.
Və ya
Bu gün saat 10da Enversona gedirdim.
Və ya
Dünən çay içirdim birdən qapı döyüldü.
Bu tip cümlələri keçmişdə hərəkətin davam etdiyini göstərmək üçün istifadə edirik.
Dünən filmə baxırdım, birdən qapı döyüldü.
Məsələn dünən mən saat 17:00-dan – 19:00 aralğında filmə baxırdım və qapı da təxminən 18:00 da döyülüb.
Biz danışarkən həmin an sözü gedən hərəkətin davam etdiyini vurğulayırıq.
Baş rol ~ was/were ~ fel+ing
My friend ~ was ~ sleeping
Qeyd etdiyimiz kimi bu zamanı keçmişdə hərəkətin davam etdiyini göstərmək üçün istifadə edirik.
Məsələn:
You came and I went
Sən gəldin və mən getdim. (hər iki cümlə keçmiş sadə zamanda)
Bu cümlədən belə başa düşürük ki sən gəldin və mən getdim. Hərəkətlərimiz ardıcıl olub.
amma
You came and I was going
Sən gəldin və mən gedirdim. (1-ci keçmiş sadə, ikinci keçmiş davam edici zamandır.)
Bu cümlədə isə sən gəldikdə mən yolda idim artıq getməyə davam ediridim.
339. purse 340. bill 341. wallet 342. clerk 343. note 344. cash machine 345. cheque 346. coins 347. credit card 348. cash 349. checkout 350. throw 351. walk 352. run 353. swim 354. jump 355. ride 356. skate 357. kick 358. dive 359. catch | 339. pul kisəsi 340. veksel 341. pul kisəsi 342. katib 343. qeyd 344. kassa aparatı 345. yoxlamaq 346. sikkələr 347. kredit kartı 348. nağd pul 349. kassa 350. atmaq 351. gəzmək 352. qaçmaq 353. üzmək 354. tullanmaq 355. minmək 356. konki 357. zərbə 358. dalış 359. tutmaq |
1. Sən dünən zəng edəndə, mən televizora baxırdım.
2. Sən dostlarınla futbol oynayanda, mən alış-veriş edirdim.
3. Səsini kəs! Mahnıya qulaq asıram.
4. Nə edirsən?, Hal-hazırda qaçıram.
5. Dünən mən sənə zəng edəndə nə edirdin? Tapşırıqlarımı yerinə yetirirdim.
6. O indi müəllimin suallarını cavablayır.
7. Fransada olanda səhnədə mahnı oxuyurdum.
8. Qulaq as! Uşaq ağlayır.
9. Dünən saat 15:00-dan 17:00-dək dostlarımla söhbət edirdim.
10. Yemək bişirirəm.
11. Mən televizora baxanda uşaq ağlayırdı.
12. Mən dostlarımla oynayanda yağış yağmağa başladı.
13. Mən yemək yeyərkən siqaret çəkmirəm.
14. Biz indi işləmirik.
15. Şəhərdə gəzərkən onunla göruşdüm.
16. Kitab oxuyarkan yuxuya getdi.
17. Yemək bişirərkən mahnıya qulaq asıram.
18. Qapı döyüləndə mən yatırdım.
19. O gələndə biz bağda oturmuşduq.
20. Müəllim məni çağıranda ayağa qalxdım.
21. Telfonla danışarkən yolu keçdi.
22. Sən zəng edəndə mən maşınla sürürdüm.
23. Səni çağıranda nə edirdin?
24. Email yazarkən komputer dayandı.
25. Sən danışarkən heç kim sənə qulaq asmadı.
Who was she? Where was she? What was happening?
Yesterday, it was raining and thundering all day. Ann was playing inside the house. She wanted to be outside. She wasn’t playing outside because it was raining. She was feeling tired of being trapped inside the house. Ann was trying to keep busy inside the house. She was reading her book until the electricity went out. Then, she decided to practice her sewing. She was practicing sewing until lunchtime. After lunch, she sat by the window and watched the rain. While Ann was watching the rain, the phone rang. Her mother was calling to say she was coming home. She was bringing a new game. Ann and her mother ate ice cream and played the game. While they were playing, the rain stopped! But Ann didn’t even notice. She was having such a good time with her mom!
Aşağıdakı cümlələrə cavab mətnləri yazın.
What were you doing yesterday evening?
What were you doing sunday morning?
What was your best friend doing when you last saw him/her ?
Bu cümlələr ilə kifayətlənməyin. Çox cümlələr qurun.
Absurd olsun, absur cümlələr sizi daha çox vərdiş etdirir.
Məsələn: Mən uçurdum, Maşın üzürdü, Argentina uduzurdu )
Baxın, bunu söz yığını olaraq deyib keçməyin.
Hər bir cümləni qurarkən ucadan səsli şəkildə deyin!
Nə dediyinizi başa düşərək deyin. Bir ingilis bu cümləni
deyərkən nə hiss edir? Bunu başa düşməyə çalışın və
eyni hiss ilə deyin, deyərkən də o cümləni yaşamağa
çalışın.
Telefonunu rus dilində, türk dilində istifadə
edənlər… OLMAZ!
Dəyişin həmən onu!
Hər saniyə ingilis dili ağlınızda olsun. Dediyiniz cümlələri
əzbərləyin və təkrar edin – yemək yeyərkən, yatmazdan əvvəl
çay içərkən və s.
Sözlərin tələffüzünü Google Translate-də yazaraq
səsləndirə və öyrənə bilərsiniz.
Hər birinizə uğurlar!
- İngilis dilində bu zamanda çoxlu cümlələr qurun
- Bu qayda ilə bağlı birbaşa ingiliscə düşünməyə çalışın.
- Əvvəl öyrəndiyinizi bu gün öyrəndiyinizlə əlaqələndirməyə çalışın.
- İngiliscə cümlələri səsli şəkildə ucadan deyin.
- Gündə 1 saat məşğul olmaq kifayət deyil.
- Sadəcə struktur olaraq öyrənməyin
- İnkişafınızı təxirə salmayın
- Enverson sizi sevir