Estoniyada təqaüdlü Magistr təhsili
Estoniya Şimali Avropada yerləşir və qonşuları Finlandiya, Latviya və Rusiyadır. Bu ölkə tarixi və müasir təzadları bir araya gətirən heyrətamiz təbii gözəlliklər və dənizkənarı yerlər ölkəsidir. 2004-cü ildə Avropa İttifaqına (Aİ) üzv olan Estoniya müasir bazar əsaslı iqtisadiyyata malikdir və Mərkəzi Avropa və Baltikyanı regionda adambaşına düşən ən yüksək gəlir səviyyələrindən birinə malikdir
Niyə Estoniyada təhsil almaq lazımdır?
- Estoniya innovasiya və texnologiya mərkəzidir.Çiçəklənən və irəliyə doğru düşünən ölkə kimi Estoniya Avropada müxtəlif elektron həlləri, sabit vergi sistemi, ümummilli elektron səsvermə, yeni texnologiyalara innovativ və açıq yanaşması ilə tanınır.Estoniyanın müasir texnologiyasının nə qədər irəli getdiyinin ən yaxşı nümunələrindən biri Skype-dır.
- Estoniyalılar ətraf mühiti yüksək qiymətləndirirlər və ona böyük qayğı göstərirlər.
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən 2011-ci ildə Estoniyanı havanın keyfiyyətinə görə dünya üzrə 1-ci yerə layiq görülmüşdür .Estoniyada təhsil alarkən siz Nordic dəyərlərinə və həyat standartlarına malik müasir Avropa ölkəsində yaşayacaqsınız.
- Yüksək keyfiyyətli təhsil.
Estoniyada ilk universitetin yaradılma tarixi 1632-ci ildir və bu Şimali Avropada yaradılan ən qədim universitetlərdəndir. Hazırda Estoniya universitetlərində təhsil Boloniya sisteminə və yüksək keyfiyyətli Avropa universitetlərinə standartlarına uyğunlaşdırılıbdır.
Təhsil və yaşayış xərclərinin nisbətən münasib olması.Estoniyada yaşayış xərclərinizi ödəmək üçün sizə yalnız 300-550 avro məbləğində aylıq büdcə lazımdır.
Estoniyada hansı universitetlərdə oxumaq lazımdır?
- Tallinn University
- University of Tartu
- Tallinn University of Technology
- Estonian University of Life Sciences
- Estonian Academy of Arts
Necə müraciət etmək olar?
Estoniya universitetləri “DreamApply” onlayn ərizə sistemi vasitəsilə onlayn ərizələri qəbul edir. DreamApply online application system
Müraciət edənlər ingilis dilini bilmələrini təsdiq edən sənəd təqdim etməlidirlər. Bütün beynəlxalq səviyyədə tanınan dil bilikləri testləri qəbul edilir, baxmayaraq ki, bəzi qurumlar fərdi dil testləri keçirə bilər. Universitet və proqramdan asılı olaraq müsahibə, yazılı esse, portfolio və s. kimi əlavə qəbul imtahanları ola bilər.
Ümumi universitet qəbul tələbləri:
-Diplomunuzun skanı (orta məktəb və ya bakalavr dərəcəsi)
-Əvvəlki kurslarınızın transkripti/qeydiyyatı
-Pasportunuzun və/və ya doğum haqqında şəhadətnamənizin skaneri
-CV
-Test balları
-Təqaüd və ya maliyyələşdirməni təsdiq edən sənəd
-Tövsiyə məktubları (2 və ya 3)
-Portfolio və/və ya yazı nümunələri
Bəs Təqaüdlü təhsil mümkündürmü?
Estoniyanın ən məşhur universitelərindən olan Tartu, Tallinn Texnologiya və Tallinn universitetləri akademik və digər göstəriciləri yüksək olan və buna müvafiq uyğun bildikləri tələbləri təshil haqqını ödəməkdən azad edirlər. Bunun üçün əlavə təqaüd proqramlarına müraciət etməyə ehtiyac qalmır.
Aylıq təqaüd almaq üçün isə siz bir neçə təqaüd proqramına müraciət edə bilərsiniz:
1.Dora Plus təqaüdü. Avropa Regional İnkişaf Fondu və Estoniya Respublikası tərəfindən maliyyələşdirilən və xarici tələblər üçün nəzərdə tutulan təqaüd proqramıdır. Bu təqaüd proqramına müraciət etmək üçün əvvəlcə universitetdən qəbul almağınız lazımdır. Təqaüdün miqdarı aylıq 350 avrodur. Qeyd edək ki, bu təqaüd təhsil aldığınız aylarda verilir, yəni yay aylarına şamil olunmur. Ətraflı məlumat üçün qeyd olunan linkə daxil olmağınız lazımdır: https://www.tlu.ee/en/dora-plus-scholarships/dora-plus-scholarship-foreign-masters-students
2.Estoniya İnkişaf Əməkdaşlıq təqaüdü. Bu təqaüd Tallin Texnologiya Universitetinin “E-governance Technologies and Services” magistratura proqramı üçün nəzərdə tutulubdur. Əraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://egov.ee/msc-egov-technologies-services/
3.Nailiyyət təqaüdü. Bu təqaüd Tartu universitetinin təklif etdiyi aylıq təqaüddür: https://www.ut.ee/en/studies/achievement-stipend
Daha ətraflı məlumat və xaricdə təhsil konsultasiyasında iştirak üçün bizə müraciət edə bilərsiniz.
Təhsil həyatınızda uğurlar arzu edirik!