Dil öyrənməyin 5 elmi ən asan yolu

Bu günlərdə hər kəs sürətlə inkişafa gedən dünyanın nəbzini tutmaq üçün təlaşla mütəlif yerlərə hərəkət etməyə çalışır.
Gündəlik həyatımızda elədiyimiz bütün öyrəncəklikləri daha da tezləşdirmək istəyirik-daha sürətli mesaj yazmaq,daha sürətli danışmaq, daha sürətlə İngilis dilində öyrənmək!
Lakin, bəzən bu sürətlənməni bütün mövzulara aid edə bilmirik.Məsələn dil öyrənmənin uzun və vaxt alan proses olduğunu hamımız bilirik. Əzbərlənəcək yeni qaydalar, öyrəniləcək yeni sözlər var. Və öyrənməklə kifayət etməyərək mənimsədiklərimizi təkrarlamaq və danışıqda tətbiq etməliyik.
Bütün bunlara baxmayaraq, yenə də “İngilis dilini öyrənmənin sürətli bir yolu olmalıdır axı?” deyirsinizsə, o zaman gəlin bunun elmi tərəflərini birlikdə araşdıraq.
Dil öyrənmə elmi
Dil öyrənmə elm insanları üçün mühim araşdırma obyektidir.Çünki qarışıq dil öyrənmə qabiliyyəti insanları heyvanlardan və digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir.
İnsanların yeni məhfumları necə qavramaları üzərində işlənən bir neçə elmi çalışmalar vardır.
İngilis dilini necə və nə üçün aydın öyrənmək istəyimizi anlayaraq bu yolu daha sürətli və asan hala gətirə bilərik.
5 Elmi ipucu ilə daha sürətli və daha rahat İngilis dilini öyrənmənin yolları
1. Gündəlik eşitmənin 70%-ni İngilis dilində olan məlumatlara fokusla
Elm nə deyir:
Dilşünasların tövsiyə etdikləri və geniş yayılmış bir teorem var: Şüursuz,fərqində olmadan (İng. unconscious) və ya örtük (İng. implicit) dil öyrənmə.
Bu üsul öyrənmə nəyisə öyrənməyə çalışmadığımız zaman beynimizin qəbul etdiyi siqnallar vasitəsilə şüuraltına yazılan məlumatların yaddaşımıza həkk olunması zamanı yaranır.
Biz bunu necə İngilis dili öyrənməmizə tətbiq edə bilərik:
Bu, stol arxasında əyləşib təkrar-təkrar qaydalar üzərindən əzbərləməklə olmur.Çox diqqət etmədiyimiz halda çox İngilis dilini dinlədikcə formalaşır.İşlərinizi görərkən,evdə olarkən,kitab oxuyarkən daim arxa fonda İngilis dilində podkast, xəbər, musiqi və s. səslərin olmasına çalışın.Bu sizin fərqli dildə eşitmə qabiliyyətinizin inkişafına kömək edəcək.
2.Oxşarlıqları öyrən
Elm nə deyir:
Yeni dil öyrənmənin ən çətin tərəflərindən biri,yeni səsləri öyrənməkdir.İngilis dilində ana dilimizdə istifadə etmədiyimiz və ya olmayan bir sıra səslər ola bilər.Amma bu mövzuda da yaxşı xəbərlərimiz var-hamımız hansı səslərin mənalı və hansı səslərin mənasız olduğunu ayırd edə biləcək tərzdə doğulmuşuq.Dillər bir-birlərindən fərqli olsalar da, oxşar cəhətləri çoxdur.
Məsələn, İngilis dilində bəzi sözlər “BL” hərfləri ilə başlasa da (göz qırpmaq-“blink”), böyük ehtimal əsla “ LB” ilə başlayan sözə rast gəlməmisiniz.Maraqlı deyil? Bəzi səslərin mənaları yoxdur,heç bir söz bilməyən körpə uşaqlar üçün belə!
Biz bunu necə İngilis dili öyrənməmizə tətbiq edə bilərik:
İngilis dilini öyrəndikdə də bunu yadda saxla.Əgər qulağına imkansız gələn bir sözlə rastlaşdınsa,ehtimal həqiqətən də mənasız sözdür.Yəni, Azərbaycan dilində “Ruh” mənasına gələn “ghost” sözünü yazmaya çalışanda h yoxsa g hərfinin birinci gəldiyini təxmin edə bilmirsənsə o zaman yerlərini dəyişdirərək söyləməyə çalış. “Hgost” deyəndə ilk iki hərf birləşməsini demək çətindir.Elə deyilmi? Lakin “GH” birləşməsini rahat tələffüz edirsən. O zaman onu istifadə et!
3.Yeni səsləri ayrı-ayrı öyrən
Elm nə deyir:
İngilis dili öyrənmək işləmə formasını inanılmaz dərəcədə dəyişir.Yeni bir dil öyrənmək beynin böyüməsinə səbəb olur.Yeni bir öyrənərkən beynimizin bəzi bölümlərinin böyüdüyü elmi araşdırmalar vastisilə təsdiq olunub.Bu təsdiqin daha da maraqlı tərəfi beynimizin fərqli səslərə müxtəlif reaksiya verdiyidir.
Məsələn dil öyrənənlər L və R hərflərini eşitməkdə çətinlik çəkə bilərlər,xüsusilə də ana dillərində- Yaponca olduğu kimi bu iki səs üçün tək bir hərf varsa. Araşdırmalar göstərirki, ana dili İngilis dili olanlar L və R hərflərini eşitdikdə beyinlərinin iki fərqli hissələri, ana dili Yaponca olanların isə yalnız bir hissəsi reaksiya verir.
Biz bunu necə İngilis dili öyrənməmizə tətbiq edə bilərik:
İngilis dilini ana dilin kimmi anlamağa və danışmağa başlamışdan əvvəl tələffüzündə çətinlik çəkdiyin səsləri tap və onlar üzərində çoxlu çalış.
Bəzi araşdırmalar, yavaşadılmış səsləri dinləmənin onları bir saata qədər qısa bir vaxtda, rahat öyrənməyə kömək olduğunu göstərir.
Səsləri yavaşlatmaq üçün özəl bir proqrama ehtiyyac yoxdur.Sadəcə çətinlik çəkdiyin səsləri sırala və Youtube-da ana dili İngilis olanların videolarından yaralana bilərsən.
Unutma yeni nəyisə öyrənmənin xüsusilə dil mövzusunda uğurlu olmağın ən əsas qaydası araşdırmaqdır!
4.Sözləri öz ana dilindəki qarşılıqları ilə uyğunlaşdır
Elm nə deyir:
Uyğunlaşdırma zamanı sözlərlə başqa rəsm,səslər,hərəkətlər,fikirlər və başqa ifadələr arasında əlaqə qurmuş oluruq. “Woof,” səsini eşitdikdə (Azərbaycan dilində bu səsin əvəzləyicisi “hav” –dır) onu bir it ilə əlaqələndirərsən. Bir günəş şəkli gördükdə “sun” (günəş) , “warm” (ilıq), “hot” (isti) sözlərini düşünürük avtomatik.
Bu üsulla öyrənmək yalnız əyləncəli deyil,eyni zamanda İngilis dilini mənimsəməyin dah sürətli şəkildə yoludur.
Biz bunu necə İngilis dili öyrənməmizə tətbiq edə bilərik:
Yeni sözləri öyrəndikdə “sun/günəş” misalında olduğu kimi,onları qrup şəklində yadda saxlamağa çalış.Bir sözü bir hərəkət,şəkil və ya elə başqa sözlə kombin et.Sözləri qeyd edərkən mənalarını yazmaq əvəzinə onları xatırladan əlaqəli şəkillərdən,sinonimlərdən geniş istifadə et.
Əyləncəli aktivitə olaraq, sözləri yazarkən hansı mənaya gəlirsə o şəklə bənzər də yaza bilərsən. Words drawn to look like their mear başlığından istifadə edərək fərqli ideyalardan istifadə edə bilərsən.
5.Musiqi ilə öyrən
Elm nə deyir:
Azyaşlı olduqda öyrəndiyin o mahnıları xatırlayırsan yəqinki? Əminəm valideynlərinin ya da müəllimlərinin sənə öyrətdiyi o mahnıların sözləri hələdə də yadındadır.Baxmayaraq ki, o mahnıları çoox uzun zaman öncə öyrənmisən amma hələ də bu qədər aydın xatırlayırsan! Qəribə deyil?
Uşaqlıqda musiqi, dil öyrənməyin çox vacib bir hissəsidir. Buna görə uşaqlara rəqəmləri və hərfləri daha asan öyrənməyə və xatırlamağa, saitlərin necə işlədildiyini görməyə və yeni sözlər öyrənməyə kömək edəcək mahnılar var. Yetkinlər musiqi ilə daha asan öyrənirlər. Ümumiyyətlə dil bacarıqlarına yiyələndikdə musiqi bir o qədər də vacib nüans kimi görünmür. Lakin, araşdırmalara görə, musiqi və dil öyrənmə yollarımız çox oxşardır və hər ikisi də çox vacibdir!
Biz bunu necə İngilis dili öyrənməmizə tətbiq edə bilərik:
Dil haradasa bir növ musiqidir. Musiqi ilə dil bacarıqlarını öyrənmək öyrənmə prosesini sürətləndirir və asanlaşdırır. İngilis dilini öyrənmək üçün bir çox mahnı var. Mahnıları dinləyin, oxuyun, baxın, tezliklə ana diliniz kimi ingilis dilində danışacaqsınız!