İnsan şəxsiyyətini ifadə edən idiomlar
- Nerd — Elm və təhsilə həddindən artıq maraq göstərən, günün çox hissəsini oxumaq ilə keçirən insanlara aid edilir.
- Chatterbox — Çox danışan insanı ifadə edir
- Cold fish — İstənilən situasiyaya az və ya soyuq emosiya ilə qarşılıq verən insanlara deyilir. ( Bizim dildə adətən belə insanları qanı soyuq adlandırırlar )
- Party animal — Şənlik və müxtəlif tədbirlərdə iştirak etməyi sevən insanlara aid edilir.
- Lone wolf ( Lone bird ) — Yalnız öz seçdiyi insan kampaniyalarında iştirak etməyi, çox insan ilə əhatələnməməyi, asosial xarakterli insanlara aid edilir.
- Dark horse — Göründüyündən və göstərdiyindən daha çox bacarığa malik insanlara deyilir.
- Bright spark — Ağıllı, savadlı insana deyilir.
- Happy camper — Hər zaman hər şeydən razı və xoşbəxt insana aid edilir. Lakin bu ifadə adətən neqativ mənada istifadə edilir.