İngilis dilini öyrənmək üçün faydalı proqramlar
Gündəlik həyatımızı xeyli asanlaşdıran mobil tətbiqetmələr dil öyrənməyimizə kömək edir. Xarici dillərlə məşğul olmaq və ya yeni bir dili sıfırdan öyrənmək istəyən istifadəçilərin köməyinə gələn dil öyrənmə tətbiqləri populyarlığını gündən-günə artırmağı bacarır. Bu siyahıda sizin üçün mobil dünyanın ən uğurlu dil öyrənmə tətbiqetmələrini sadaladıq.
Duolingo
Siyahımızın ən populyar tətbiqi olan Duolingo, ilk çıxdığı gündən bəri həm Android, həm də iOS platformalarında ən populyar tətbiqlərdən biridir. 25 milyon aktiv istifadəçiyə çatan və son günlərdə 25 milyon dollar investisiya alan Duolingo tətbiqetməsini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.
Memrise
Duolingo ilə ən çox istifadə edilən tətbiqlərdən biri olan Memrise, Londonda yerləşən uğurlu bir dil öyrənmə tətbiqetməsidir. Oyun məntiqi çərçivəsində seçdiyiniz dili öyrətmək mövzusunda Memrise həm əyləncəli həm də faydalı bir tətbiqdir, Memrise tətbiqetməsini Android üçün buradan, iOS üçün də buradan yükləyə bilərsiniz.
Mondly
Mondly
ATi Studios tərəfindən hazırlanmış Mondly tətbiqi, istifadəçilərinə 33 fərqli dil öyrənməyə kömək edir. Təxminən 20 milyon istifadəçinin üstünlük verdiyi Mondly tətbiqetməsini Android üçün buradan, iOS platforması üçün buradan yükləyə bilərsiniz.
Busuu
Ağıla gələn ilk dil öyrənmə tətbiqetmələrindən biri olan Busuu, hər iki dili öyrənmək və tətbiq etmək istəyən istifadəçilər üçün uğurlu bir alternativdir. Danışma / yazma dərsləri, tələffüz nümunələri və yaddaş məşqləri kimi xüsusiyyətlərə sahib busuu həm Android , həm də iOS platformaları üçün pulsuz olaraq təqdim olunur.
Babbel
Rəqiblərindən fərqli olaraq, maraqlandığınız sahələrə diqqət yetirərək dillər öyrədən Babbel, türk dili də daxil olmaqla 14 fərqli dildə istifadə edilə bilər. Orta hesabla 15 dəqiqəlik dərslərlə dillər öyrədən Babbel tətbiqini Android üçün buradan, iOS üçün isə buradan yükləyə bilərsiniz.
Voscreen
Rəqiblərindən fərqli olaraq qısa videoları sayəsində dillər öyrətməyə çalışan Voscreen, məzmununu filmlərdən, musiqi videolarından, sənədli və cizgi filmlərindən alır. Rəqibləri ilə müqayisədə çox əyləncəli bir öyrənmə prosesi təqdim edən Voscreen tətbiqetməsini Android istifadəçiləri buradan, iOS istifadəçiləri isə buradan yükləyə bilərsiniz.
Cambly
Skype kimi bir quruluşa sahib olan Cambly tamamilə onlayn işləyir. İstifadəçiləri və yerli İngilis dilli müəllimləri bir araya gətirən Cambly danışma təcrübəsi üçün ideal bir tətbiqdir, Cambly tətbiqi həm Android, həm də iOS platformalarında pulsuz olaraq təqdim olunur.